Sərhəddə şəhid olan hərbçilərimizin FOTOLARI

 23:29 11.04.2023     788

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçilərin adlarını açıqlayıb.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, erməni təxribatının qarşısını alarkən aşağıda adları qeyd olunan hərbi qulluqçularımız şəhid olub:

Şəhid olan hərbçilərimizin fotolarını təqdim edirik:

Zalov Vidadi Nizami oğlu

Həsənov Elşad Qabil oğlu

Tağıyev Səbuhi Gündüz oğlu

Qeyd edək ki, şəhid olan hərbi qulluqçular Sumqayıt, Ağstafa və Şahbuzdandır.