İtkin əsgərlərimiz Ermənistan kəşfiyyatına təhvil verildi

 13:31 14.04.2023     684

Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəfdara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Redaktor.az “Sputnik Armenia”ya istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib.

Eyni zamanda, hüquq-mühafizə strukturunda digər təfərrüatlar barədə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu fevralın q0-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

 Ermənistanın Sisian icmasının (Sünik rayonu) Bnunis kəndinin sakinləri əsgərlərimizi saxlayıblar.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Xatırladaq ki, sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Tunar Altunbay