Səfərbərlik Xidmətinin yeni rəisi kollektivə təqdim olundu

 16:49 17.04.2023     1188

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuş Mürsəl İbrahimov kollektivə təqdim olunub.

Redaktor.az xəbər verir ki, M.İbrahimovu kollektivə Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov təqdim edib.

X.Əhədov Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini kollektivə çatdırıb, xidmət rəisinə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.