Ermənilər əsir əsgərimizi adam öldürməkdə ittiham edir

 19:37 18.04.2023     1162

Ermənistanın əsir saxladığı Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, güya H. Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseyn Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.