Səfərbərlik Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Bu barədə Redaktor.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbul mayın 26-da saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşların may 22-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.