ABŞ Ukraynaya əks-hücum üçün istədiyi hər şeyi VERDİ
Birləşmiş Ştatlar tezliklə Ukraynaya əlavə hərbi yardım paketləri təqdim edəcək və əks-hücum üçün istədiyi hər şeyi artıq təhvil verib.
Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Tezliklə siz bizdən yeni silahların tədarükünü görəcəksiniz”,- deyən Kirbi əlavə edib ki, ukraynalıların yazda həyata keçirmək istədikləri hücum əməliyyatları üçün ABŞ Kiyevin əvvəllər xahiş etdiyi demək olar ki, hər şeylə təmin edib.
Tunar Altunbay