Həlak olan ANAMA əməkdaşlarına şəhid statusunun verilməsi təklif olundu

 13:25 02.05.2023     652

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının maaşına yenidən baxılmasına ehtiyac var.

Redaktor.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

O, bildirib ki, ANAMA-nın mina təmizləmə zamanı həlak olan əməkdaşlarına da şəhid statusunun verilməsi məsələsi müzakirə olunmalıdır.