Kollec tələbələri əsgərliyə APARILMAYACAQ?

 14:35 05.05.2023     2645

"Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik".

Bunu Redaktor.az-a açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir:

"Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm".