Azərbaycan və Ermənistan arasında yeni toqquşma gözlənilir? - Deputatdan AÇIQLAMA

 14:05 06.05.2023     749

Türkiyənin milli müdafiə naziri Hulusi Akar yerli mediada yazdığı məqaləsində bildirib ki, Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində vaxtaşırı baş verən atışmalar və gərginlik narahatlıq doğurur.

TRT World-də dərc olunan məqalədə türkiyəli nazir yeni eskalasiya təhlükəsindən və sülh razılaşmasına nail olmaq cəhdində uğur qazanmamasından danışıb.

"Vəziyyət qeyri-sabitdir və sülh sazişinin tezliklə imzalanmasına ümidimiz get-gedə sönür... Münaqişə indi dondurulsa da, saziş uzandıqca hərbi əməliyyatların yenidən başlaması təhlükəsi artır", - Akar bildirib.

Türkiyəli nazirin bu fikirlərini mesaj kimi qəbul edə bilərikmi? Azərbaycan və Ermənistan arasında yenidən toqquşmalar başa verə bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Redaktor.az-a danışıb.

Deputat söylədi ki, iki ölkə arasında toqquşma gözlənilən deyil:

"Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibənin baş verəcəyini düşünmürəm. İstər Vaşinqtonda, istər Rusiya və Avropada apardığımız danışıqlar sülh danışıqlarıdır. Bir neçə maddələr var ki, razılığa gələ bilmirik. Bu maddələr üçün də yəqin razılıq əldə olunacaq. Hər kəs hərbi ekspert kimi məsələyə qiymət verə bilər. Təbii ki, seperatçılar danışıqlar aparmaq istəmir, sərhəddəki sərhəd-buraxılış məntəqəsi onları razı salmaya bilər. Lakin bunların da həlli yolu var. İnandırıcı görünmür ki, iki dövlət arasında yenidən müharibə olacaq, yeni toqquşmalar baş verəcək".

Humay İSGƏNDƏRLİ