Səfərbərlik Xidməti Heydər Əliyevin 100 illiyinə həsr olunan turnir keçirdi

 15:05 06.05.2023     533

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan atıcılıq turniri keçirilib.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sabunçu rayonunda yerləşən Atıcılıq Tirində baş tutan yarışa hər biri 3 nəfərdən ibarət olan 20 mətbuat komandası qatılıb.

İştirak edən kollektivlər 2 mərhələdə mübarizə aparıblar. İki mərhələnin yekununda birinci yeri Apa TV-nin, ikinci yeri Azərbaycan Fotoqraflar Birliyinin, üçüncü yeri isə "Report" İnformasiya Agentliyinin əməkdaşları tutublar.

"Report" İnformasiya Agentliyinin komandasında Cavid Osmanov, Tuncay Türbəndəzadə və Səbuhi Məmmədov yer alıb.

Qaliblərə kubok, medal, diplom və mükafatlar təqdim edilib (report).