Ermənistandakı əsir əsgərlərimizdən birinə hökm oxundu

Ermənistanda əsir saxlanılan əsgərlərimizdən birinə hökm oxunub.
Redaktor.az Sputnik Ermənistan-a istinadla bildirir ki, bu barədə Respublika Baş Prokurorluğundan məlumat verilib.
Ermənistanın Sünik Vilayət Məhkəməsi əsgərimiz Aqşin Bəbirovu 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Hərbçi sərhədi qanunsuz keçməkdə, sərhəddən silah və sursat keçirməkdə təqsirli bilinib.
Məlumatda o da bildirilir ki, A.Bəbirov ona qarşı irəli sürülən ittihamları etiraf edib.
İkinci əsgər Hüseyn Axundovun işi üzrə istintaq davam edir. O, mülki şəxsi (Zəngəzur mis-molibden zavodunun gözətçisi) qətlə yetirməkdə ittiham olunur.
Tunar Altunbay