Ermənilər müharibəyə hazırlaşır?

 10:38 11.05.2023     697

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə Redaktor.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

"Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.