Ermənilərin komanda qərargah məntəqəsinin məhv edilməsi - VİDEO

 00:05 13.05.2023     2837

Ermənistan silahlı qüvvələrinin ordumuza hücum zamanı istifadə etdikləri əldəqayırma PUA-ların idarə olunduğu komanda - qərargah məntəqəsi Ordumuz tərəfindən məhv edilib.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, komanda - qərargah məntəqəsinin yerləşdiyi yük avtomobili sərrast atəş nəticəsində partladılıb.

Bununla da həmçinin, Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisinin intiqamı alınıb. 

Bununla bağlı görüntüləri təqdim edirik: