Ermənlərin texnikası və minaatan heyətinin məhv edilməsinin GÖRÜNTÜLƏRİ

 00:17 13.05.2023     1906

Azərbaycan Ordusunun dəqiq artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) Basarkeçər rayonundakı avtomobil texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, bu görüntüləri “Caliber” nəşri yayıb.

Birinci videoda düşmənin “KamAZ” markalı yük maşınına dəqiq zərbə göstərilir. Qeyd olunub ki, zərbə zamanı düşmənin canlı qüvvəsi yük maşınında olub.

İkinci videoda isə Azərbaycan Ordusu Ermənistan SQ-nin minaatan heyətini dəqiq zərbə ilə məhv edir.