Komitə sədri ehtiyatda olan hərbçilərlə bağlı mərkəzlərin yaradılmasını TƏKLİF ETDİ

 11:14 18.05.2023     689

Ehtiyatda olan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı mərkəzlər yaradılmalıdır.

Redaktor.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində çıxış edib.

O, bildirib ki, tərxis olunan hərbçilərin psixoloji reabilitasiyası ilə bağlı Müdafiə Nazirliyinin nəzdində mərkəzlərin yaradılması lazımdır:

"Bu məsələ ilə bağlı Milli Məclis olaraq dəstək olmağa hazırıq".

Komitə sədri əlavə edib ki, yardım göstərə bilən, savadlı psixoloqların sayı az olduqca, onların yerini falçılar və ektrasenslər doldurur.

"Bu problemin həlli ilə kompleks məşğul olmaq lazımdır. Bu iş təkcə həkim və psixoloqların üzərinə düşməməlidir. Ona görə də mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilməlidir", - deyə M.Quliyev bildirib.