Həqiqi hərbi xidmətə daxilolma qaydası DƏYİŞDİ

 18:15 23.05.2023     1532

Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər.

Redaktor.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib.

Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.