Əsgərimizi ildırım vurub öldürdü - FOTO - YENİLƏNİB

 12:53 24.05.2023     1566

"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində (ildırım vurması) vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!" - açıqlamada deyilir.

***

Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.

Redaktor.az bildirir ki, yaxınlarının Lent.az-a verdiyi məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.

20 yaşlı hərbi qulluqçu Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib. 

Allah rəhmət eləsin!