İldırım vurması nəticəsində ölən hərbçiyə şəhid statusu VERİLƏCƏK
Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək", - deyə nazirliyin açıqlamasında deyilir (apa).