Hərbçimiz ehtiyatsızlıqdan özünü güllələdi - RƏSMİ

 18:57 30.05.2023     1165

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Bu barədə Redaktor.az-a DİN-dən məlumat verilib.

O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.