“Tərtər işi" üzrə daha bir nəfərə bəraət verildi

 20:49 31.05.2023     619

"Tərtər işi" üzrə 2018-ci ilin yanvarında həbs edilən daha bir hərbçiyə bəraət verilib. 

Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat yayıb.

O bildirib ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş hərbi qulluqçu, Masallı rayonu, Xallıcallı kəndi sakini Şükürov Sədayıl Mikayıl oğlu azadlığa buraxılıb.

Vumart və Güvən reklamı Vumart Güvən