Ermənistan yalan məlumat yayır - RƏSMİ

 22:19 09.06.2023     442

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Redaktor.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin yaydığı məlumatda qeyd olunub.