Qazi özünü yandıraraq intihara cəhd etdi
İkinci Qarabağ müharibəsi qazisi İlkin Tağıyev Naftalan İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edib.
Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, ağır yanıq xəsarətləri alan İlkin Tağıyev ilkin müayinədən sonra Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.
Hələ ki, onun hansı səbəbdən intihara cəhd etdiyi bilinmir.
Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb. Mətbuat xidmətindən bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı-1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.