Müdafiə Nazirliyi Ermənistanın yalanını təkzib etdi

 16:13 22.06.2023     334

İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə iddialar yalandır.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb", - Nazirlik qeyd edib.