Rusiya sülhməramlıları yenə erməni separatçıları himayə edir - VİDEO

 19:01 23.06.2023     1087

Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti qanunsuz erməni silahlı birləşmələri tərəfindən daşınan hərbi yüklərin mühafizəsinə davam edir.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Təqdim edilən videogörüntülərdə sülhməramlıların zirehli texnikasının müşayiəti ilə yük və minik maşınlarının hərəkəti aydın görünür.