Türkiyə səfirliyi Azərbaycana təbrik ünvanlayıb

 09:26 26.06.2023     247

Türkiyənin Azərbaycandakı Səfirliyi Silahlı Qüvvələr Günü ilə bağlı təbrik ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrik mətni səfirliyin tviter səhifəsində paylaşılıb.

“Qardaş Azərbaycanın 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunması uğrunda məsuliyyətli və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq”, – paylaşımda qeyd olunub.