Erməni diversantlara hökm OXUNDU

 11:34 07.07.2023     1931

Azərbaycanın dövlət sərhədini pozma, terrorçuluq, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunan erməni diversantlar - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

Redaktor.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndiririlən şəxslər 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç Azərbaycan Cinayət Məcəlləsinin odlu silah və döyüş sursatının qaçaqmalçılığı, terrorçuluq, qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama, zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə və dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham ediliblər (qafqazinfo).