Sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralandı
Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralı hərbçi hospitala yerləşdirilib.
Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar.
Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.