Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb - YENİ GÖRÜNTÜLƏR

 14:02 12.07.2023     485

Dövlət Sərhəd Xidməti (DSX) Tovuz döyüşlərində düşmənin mövqelərinin məhv edilməsinin yeni görüntülərini yayıb.

Redaktor.az-ın məlumatına görə, gecə döyüşü zamanı ermənilərin hərbi hissəsinin qərargahına “Harop” pilotsuz uçuş aparatından dəqiq zərbələr endirilib.

Eyni zamanda düşmənin silah-sursat anbarı “Harop” vasitəsi ilə dağıdılıb.

Gündüz döyüşləri zamanı isə ermənilərin dayaq məntəqəsi və avtomobili “Harop” vasitəsi məhv edilib.