Mövqelərimizi atəşə tutan daha bir erməni əsgəri YARALANDI

 15:57 12.07.2023     570

Bu gün Azərbaycan-Ermənistan şərti sərhədində təxribat törədən daha bir erməni əsgəri yaralanıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, hadisə Sünik rayonunun Tex sektorunda baş verib. Əsgərin səhhətinin vəziyyəti orta ağır qiymətləndirilir. 

Qeyd edək ki, iyulun 12-də səhər saatlarında da Ermənistan Müdafiə Nazirliyi daha bir əsgərin yaralandığı barədə məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi də bu gün iki dəfə Laçın istiqamətində erməni silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması barədə məlumat yayıb. 

Turan İSMAYIL