İsrailin müdafiə naziri Azərbaycana səfərindən paylaşım etdi - FOTO

 10:44 14.07.2023     509

İsrailin müdafiə naziri Yoav Qallant Azərbaycana səfərinin yekunları ilə bağlı paylaşım edib.

Redaktor.az-ın məlumatına görə, o, özünün tviter hesabında bildirib ki, Azərbaycana səmərəli səfərini yenicə başa vurub və burada Prezident İlham Əliyev, həmkarı nazir general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb. 

"Biz müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə Qallant bildirib.

"Biz bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələrimizi və möhkəm dostluğumuzu daha da dərinləşdirməyə razılaşdıq. Müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir", - İsrail müdafiə naziri daha sonra bildirib.

Turan İSMAYIL

22