Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü

 22:27 25.07.2023     424

İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.

MN-dən Redaktor.az-a bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

22
Vumart və Güvən reklamı Vumart Güvən