Hindistan Ermənistana hərbi texnika daşıyır - VİDEO
Hindistan Ermənistan vasitəsilə Azərbaycana qarşı cəbhə açır.
Redaktor.az xəbər verir ki, bunu sübut edən kadrlar Caliber.az tərəfindən əldə edilib.
Belə ki, Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti qeydə alınıb.
Görüntülərdə aydın müşahidə olunur ki, daşınan yükü gizlətmək üçün onun üzərinə göy rəngdə tent atılıb.
Lakin aydındır ki, İrandan Ermənistana daşınan yüklər hərbi məqsədlər üçün nəzərdə tutulub.
“Əldə etdiyimiz məlumata görə, yük İranın Bəndər-Abbas limanına çatdırılıb. Bəs görəsən, təchizatçı kimdir? İki müstəqil mənbədən əldə etdiyimiz məlumatlara görə, silah göndərən tərəf son vaxtlar Ermənistanla hərbi-texniki əməkdaşlığını sürətlə genişləndirən Hindistandır. Təkcə mətbuatdakı açıq mənbələrdən məlumdur ki, Ermənistanla Hindistan arasında dəyəri 400 milyon dollardan artıq hərbi müqavilə imzalanıb”, - sayt qeyd edir.