Azərbaycanda iki general vəzifəsindən azad olundu
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub.
Redaktor.az xəbər verir ki, bunlar Xidmətin Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyevdir.
Hər iki general sərəncama götürülüb.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.
Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb.
Xatırladaq ki, bu barədə ilk məlumatı gununsesi.info yayıb.