Dövlət sərhədini pozan erməni TUTULDU

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.
Bu barədə Redaktor.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.