Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO

 10:57 07.08.2023     341

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı üzrə məşğələlər keçirilir. 

Müdafiə Nazirliyindən (MN) Redaktor.az-a bildirilib ki, məşğələlərə başlamazdan əvvəl heyət üzvlərini təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb. 

Ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələr dinlənilib. Sonra müdafiədə tank taqımının atəşinin idarə olunması, həmçinin şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə tapşırıqlar yerinə yetirilib. 

Tankçılarımız döyüş maşınlarının idarə olunması zamanı ərazidə təbii və süni maneələri dəf edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.