Mülki Müdafiə Alayının gənc əsgərləri vətənə xidmət andı içdi
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, komandirlərin əmr və tapşırıqlarını layiqincə və şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının hərbi hissə komandiri mayor Şərif Əsədov Naxçıvan Muxtar Respublikası fövqəladə hallar naziri polkovnik Şahin Mirzəyevin təbriklərini şəxsi heyətə çatırıb, onlara hərbi xidmətlərində uğurlar arzulayıb.
Nazrliyin əməkdaşı polkovnik Əsgər İsmayılov bildirib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Gənc əsgərlər adından çıxış edən Pərvin İsmayılov vətənimizə, xalqımıza layiqli əsgər kimi xidmət edəcəklərinə söz veriblər.
Valideynlər adından çıxış edən Süleyman Əhmədov hərbi hissədə yaradılan şəraitə görə minnətdarlıq edib, ölkəmizdəki xalq-ordu birliyindən söz açıb, gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib.
Mərasimin sonunda alayın şəxsi heyəti tribunanın önündən təntənli keçidi olub.