Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - Nazirlikdən qeyd edilib.