Ermənilər Qarabağa müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır - VİDEO

 14:24 14.08.2023     1329

Qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar.

Redaktor.az “Caliber.az”a istinadən xəbər verir ki, bu, qanunsuz rejimin qalıqlarının növbəti təxribatlarına hazırlıq məqsədi daşıyır. Hədəf Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaq və onu cavab addımları atmağa cəlb etməkdir.