Ermənilər Qarabağda döyüş mövqeləri yaradır - VİDEO

 13:45 15.08.2023     603

Qarabağdakı qanunsuz erməni silahlı dəstələri üçün döyüş mövqeləri yaradılır.

Redaktor.az xəbər verir ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən aktiv hazırlıq və gücləndirmə işlərinin görülməsi faktları aşkar edilir.

Əldə edilmiş görüntülərdə Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində yerləşdirilən müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin maskalanması, onlar üçün ehtiyat döyüş mövqelərinin yaradılması halları da müşahidə olunur.