Ermənilər Kəlbəcərə yenə ATƏŞ AÇDI

 19:59 16.08.2023     705

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini  bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.