Düşmənin Xocavənd və Füzuli istiqamətlərində yerdəyişmə cəhdlərinin qarşısı ALINDI

Bu gün saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.