Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

 08:59 24.08.2023     291

Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

MN-dən Redaktor.az-a bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.