Ermənistan ordusunun növbəti təxribat fəaliyyətinin qarşısı alındı

Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.