Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olunacaq

 13:59 28.08.2023     430

General-mayor Kirill Kulakov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ qəzeti teleqram kanallarına istinadən məlumat yayıb.

"Bundan əvvəl yenə teleqram mənbələrinə istinadla "Dağlıq Qarabağ" ərazisində yerləşən Rusiya sülhməramlı qoşunlarının komandanı, general-polkovnik Aleksandr Lentsovun Qarabağı tərk etdiyini yazmışdıq", - deyə qəzet qeyd edib.

Xatırladaq ki, Lentsov bu ilin aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.