Türkiyənin Azərbaycandakı hərbi attaşesi təqaüdə göndərildi

 11:28 31.08.2023     602

Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın təqaüdə göndərilib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin komandanlıq səviyyəsinin formalaşdırıldığı Ali Hərbi Şuranın iclası keçirilib.

İclasda general-mayor Zekeriya Yalçın da daxil olmaqla bir neçə generalın təqaüdə göndərilməsi ilə bağlı qərarlar qəbul edilib. 

Z.Yalçın fəaliyyətini başa çatdırması ilə bağlı qardaş ölkəyə qayıdıb. 

Məlumata görə, ölkəmizə təyin ediləcək yeni hərbi attaşenin adı da məlumdur. Təyinatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.