"Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır" - Müdafiə Nazirliyi

 13:15 01.09.2023     315

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır", - məlumatda vurğulanıb.