"Sülhməramlılar"ın müşayiəti ilə ermənilərin döyüş mövqelərinə silah-sursat daşınır - VİDEO

Rusiya sülhməramlı kontingentininin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat və digər təminat vasitələri daşınması davam edir.
Redaktor.az bununla bağlı bu gün – sentyabrın 1-də çəkimiş görüntüləri təqdim edir.
Görüntülərdə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlı kontingentininin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat və digər təminat vasitələri daşındığı görünür.
Xatırladaq ki, oxşar hallar əvvəllər də dəfələrlə baş verib (report).