"Heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi ittiham etməməlidir" - Polkovnik

 16:36 01.09.2023     652

Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini PUA-lardan, artilleriyadan, minaatanlardan atəşə tutur.

Hazırda sərhəddəki gərginliklə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Redaktor.az-a danışdı.

O, söylədi ki, bu gün Ermənistanın hərbçilərimizin, ordumuzun Kəlbəcərdəki mövqeyinə qarşı PUA zərbəsi tətbiq etməsi, həmin mövqelərin artilleriya zərbələrinə tutması Ermənistanın terror siyasətinin açıq və növbəti təzahürüdür:

"Bu təxribatlar hər şeydən öncə, rəsmi İrəvanın sülh haqqında dediklərinin imitasiyasından başqa bir şey olmadığını sübut edir. Bu göstərir ki, sülh yox, revanş haqqında fikirləşirlər. Ona görə də xain həmlələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ancaq Ermənistan bilməlidir ki, heç vaxt öz məqsədinə çata, postmüharibə dövründə reallıqları dəyişə bilməyəcək. Onun bütün təxribatlarına ordumuz tərəfindən layiqincə cavab veriləcək. Necə ki, biz hazırda bunu hazırda müşahidə etməkdəyik. Xüsusi qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanın təxribatına sərt reaksiya verməlidirlər və onların qarşısında xüsusi sanksiyalar qoymalıdırlar ki, Azərbaycanın verdiyi təkliflərlə razılaşmalıdırlar, təxribatlardan, terrordan, separatizmdən əl çəkməlidirlər. Ermənistan ordusunun bugünkü təxribatı bir daha sübut edir ki, aparıcı dövlətlər, dünya ictimaiyyəti erməni terroru ilə bağlı aydın və birmənalı mövqe ortaya qoymalıdırlar. Makron hakimiyyəti, digər ermənipərəst qüvvələr təxribatı görməli, özlərini karlığa, korluğa qoymamalıdırlar və bundan əl çəkməlidirlər. Həmçinin bütün dünya anlamalıdır ki, Azərbaycan sonsuza qədər bu təxribatlar qarşısında təmkin nümayiş etdirə bilməz. Odur ki, heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi ittiham etməməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə məcburdur. Bu istiqamətdə bütün qətiyyətli addımlar atacaqdır".

Qeyd edək ki, Ermənistan silahlı qəvvələrinin mövqeyimizi atəşə tutması nəticəsində son məlumatlara görə, 3 hərbi qulluqçumuz yaralanıb. Ordumuzun cavab atəşi nəticəsində isə düşmənin 4 hərbçisi məhv edilib, 1-i isə yaralanıb.

Humay İSGƏNDƏRLİ