Ermənistan silahlı qüvvələrinə məxsus zərbə PUA-sı ələ keçirildi - VİDEO

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Bu barədə Redaktor.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.