Ermənilərin Kəlbəcərdə növbəti təxribatının qarşısı alındı

 10:09 07.09.2023     468

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - MN-dən qeyd edilib.